Krouford 2025-ci ildə “Google”da ən çox axtarlan idmançıdır

Xəbərlər
7 Dekabr 2025 06:03
37
Krouford 2025-ci ildə “Google”da ən çox axtarlan idmançıdır

Boks üzrə keçmiş məğlubedilməz üçqat mütləq dünya çempionu Terens Krouford 2025-ci ildə “Google”da ən çox axtarılan idmançı olub.

İdman.Biz bu barədə təşkilatın mətbuat xidmətinə istinadən məlumat verir.

2025-ci ildə Google-da ən çox axtarılan 10 idmançı bunlardır:

1. Terens Krouford (boks).
2. Rori Makilroy (qolf).
3. Şeder Sanders (Amerika futbolu).
4. Şay Gilces-Aleksander (basketbol).
5. Ceylen Hörts (Amerika futbolu).
6. Menni Pakyao (boks).
7. Aleksandr Oveçkin (hokkey).
8. Kuper Flaqq (basketbol).
9. Stefon Diqqz (Amerika futbolu).
10. Kem Skattebo (Amerika futbolu).

İdman.Biz