Azərbaycan boksçuları neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar

Xəbərlər
6 Dekabr 2025 22:29
40
Azərbaycan boksçuları neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.

İdman.Biz Boks Federasiyasına istinadən xəbər verir ki, məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib.

O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə aparıblar.

İdman.Biz