Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib - YENİLƏNİB + FOTO

24 Noyabr 2025 21:48
335
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib - YENİLƏNİB + FOTO

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

55 kq-da Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.

Tağı Nəsibov (60 kq) da ilk döyüşündən qalib ayrılıb. Təmsilçimiz 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.

Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 29-da başa çatacaq.

12:10

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin iki idmançısı ilk gündə qələbə qazanıb.

Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.

Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, 1/16 finalda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.

Əli Abdullayev 1/8 final döyüşünə bu gün, Nicat Əlirzayev isə sabah çıxacaq.

Qeyd edək ki, Avropa çempionatın noyabrın 29-da yekun vurulacaq.

İdman.Biz