Boks üzrə Belçika çempionu narkotik alverinə görə şərti cəza alıb

Xəbərlər
19 Noyabr 2025 21:01
38
Boks üzrə Belçika çempionu narkotik alverinə görə şərti cəza alıb

Belçikanın 26 yaşlı yarımağır çəkidə boks çempionu Li İnqelrest narkotik qaçaqmalçılığına görə üç il şərti həbs cəzasına və 8000 avro cəriməyə məhkum edilib.

İdman.Biz bu barədə VRT-yə istinadən məlumat verir.

Məlumata görə, 2023-cü ildə hüquq-mühafizə orqanlarının əməkdaşları Linin idarə etdiyi avtomobili saxlayıblar. Onun avtomobilində axtarış zamanı narkotik olan paket tapılıb. Daha sonra evindən digər qadağan olunmuş maddələr, eləcə də onların paylanması üçün avadanlıqlar tapılıb və müsadirə edilib. İnqelrest qeyd edib ki, o, narkotik ticarəti ilə 2020-ci ildə məşğul olmağa başlayıb.

Li peşəkar boksda debütünü 2020-ci ildə edib. Belçikalı idmançının rekorduna 12 qələbə, bir məğlubiyyət və iki heç-heçə daxildir.

İdman.Biz