Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə start verib

Xəbərlər
23 Noyabr 2025 22:40
42
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə start verib

Azərbaycanın iki boksçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatına qələbə ilə start verib.

İdman.Biz Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb.

Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.

Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.

Hər iki təmsilçimiz sabah 1/8 final döyüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.

İdman.Biz