Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Boksçumuz Nəsrin Abdullazadə Avropa çempionatının YARIMFİNALINDA - FOTO - İdman və Biz

Boksçumuz Nəsrin Abdullazadə Avropa çempionatının YARIMFİNALINDA - FOTO

Xəbərlər
22 Oktyabr 2025 11:48
44
Boksçumuz Nəsrin Abdullazadə Avropa çempionatının YARIMFİNALINDA - FOTO

Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlib.

40 kq-da mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də gerçəkləşəcək.

Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

İdman.Biz