Məşhur sovet boks məşqçisinin mənzilində meyiti tapılıb

Xəbərlər
20 Oktyabr 2025 00:35
40
Məşhur sovet boks məşqçisinin mənzilində meyiti tapılıb

Məşhur sovet boks məşqçisi Oleq Çexov Rusiyanın Reutov şəhərindəki mənzilində ölü vəziyyətdə tapılıb.

İdman.biz “Mash na sporte” teleqram kanalına istinadən xəbər verir ki, məşqçinin cəsədi qonşular tərəfindən aşkar edilib.

Əvvəlcə onlar atəş səsləri eşidiblər. İlkin ehtimala görə, Çexov özünü öldürüb.

Hadisənin motivləri araşdırılır.

Qeyd edək ki, 30 illik məşqçilik stajı olan Oleq Çexov yüksək kateqoriyalı məşqçi olub. Onun yetirmələri arasında dünya və Avropa çempionları var.

İdman.Biz