ABŞ-li aktrisa Sidni Svininin baş rolu ifa etdiyi “Kristi” boks dramından yeni kadrları yayımlanıb.
İdman.Biz xəbər verir ki, film ABŞ-nin tanınmış qadın boksçularından biri olan Kristin Martinin həyatına həsr olunub.
O, dünya çempionu, Boks Əfsanələri Zalına daxil edilmiş ilk qadın boksçudur və əfsanəvi menecer (boks matçlarını təşkili və idmançıların təbliği ilə məşğul olub) Don Kinqlə müqavilə imzalayan ilk qadındır. Qadın boksunda “Rokkinin qadın versiyası” kimi tanınır.
Filmdə həmçinin Keti M. O’Brayan, Ben Foster və Merritt Uiver rol alırlar. Filmin rejissoru Devid Mişodur. “Kristi” filminin təqdimat mərasimi 7 noyabr 2025-də keçiriləcək.