Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTO

Xəbərlər
7 Dekabr 2023 22:33
Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTO

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 41 komandanın 167 idmançısının iştirakı ilə təşkil edilən yarışın V günündə yarımfinal görüşləri baş tutub.

13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, çempionatda final döyüşləri dekabrın 8-də keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək. Finallar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan çempionatı
1/2 final

48 kq
Qardaşxan Həsənov (Ağcabədi) - Tural Sarıyev (“Neftçi” İK) – 0:5
Həsən Məlikov (“Neftçi” İK) – Yusif Soltanov (“Qara papaq” İK) – birinci qalib gəlib

51 kq
Əli Fətullayev (Şamaxı-Uğur K) – Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – 0:5
Yadigar Əliyev (“Səbail” İK) – Məsud Yusifzadə (BFL) – 0:5

54 kq
Ruslan Qədirov (MİK) – Nihat Abdullayev (“Qızıl əlcək” İK) – 5:0
Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – Mirzağa Hüseynli (“Cənub” İK) – 5:0

57 kq
Kamil Babayev (METE) – Şamil Əsgərov (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Ümid Rüstəmov (DİN İC) – Emil Quliyev (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib

60 kq
Maqsud Xasmetov (“Neftçi” İK) – Aslan Quliyev (Z-1 İK) – 5:0
Elbrus Adıgözəlov (“Qəbələ” İK) – Fərid Sadıqov (“Neftçi” İK) – 5:0

63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) – 4:1
Heybətulla Hacıəliyev (BFL) – Tayfur Əliyev (MİK) – 0:4

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – İlqar Salahov (Qəbələ) – 5:0
Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Pərviz Quliyev (Ağcabədi) – birinci tam üstünlüklə qalib gəlib

71 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Nicat Məmmədov (“Qızıl əlcək” İK) – 5:0
Elnur Abdullazadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kq
Novruzəli Quliyev (MİK) – Rasim Çobanlı (MİK) – 0:5
Elnur Süleymanov (“Neftçi” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 2:3

80 kq
Devid Oloboye (Naxçıvan MR) – Fəqan Məmmədov (AzTU) – 0:5
Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Cabbar İsmayılov (Sumqayıt) – 5:0

86 kq
Seyid Seyidov (“Qızıl əlcək” İK) – Vətən Hüseynli (DİN İC) – 5:0
Eldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Rüfət Nəbiyev (DİN İC) – 5:0
Tural Həsənov (“Qızıl əlcək” İK) – Mirxəyal Məmmədov (Gəncə) – 3:2

+92 kq
İsa Sulxayev (Zaqatala) – Pərviz Rəsulov (“Zərbə” BK) – birinci döyüşə gəlməyib
İsmayıl Yaqubov (“Səbail” İK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib

İdman.biz