Avropa çempionatında uğur qazanan gənc boksçularımız Vətənə qayıdıblar - FOTO/VİDEO

Xəbərlər
11 Oktyabr 2025 15:18
49
Avropa çempionatında uğur qazanan gənc boksçularımız Vətənə qayıdıblar - FOTO/VİDEO

Çexiyanın Ostrava şəhərində keçirilən gənc boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığması Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda millimizi Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

U-19 millimiz yarışda bir qızıl, bir gümüş və üç bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan gənclərdən ibarət milli komandası bu nəticə ilə 16 ildən sonra ilk dəfə Avropa çempionatında beş mükafat əldə edib.

İdman.Biz

Məqalədə: