Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib - YENİLƏNİB

Xəbərlər
7 Oktyabr 2025 20:03
131
Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha bir təmsilçisi Çexiyanın Ostrava şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında finala yüksəlib.

İdman.biz-in məlumatına görə, bu dəfə Bilalhəbaşi Nəzərov (50 kq) həlledici döyüşə vəsiqə qazanıb.

O, yarımfinalda Lonut Razvan Panainteyə (Rumıniya) qalib gəlib.

16:51

Azərbaycan boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.

İdman.biz xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Təmsilçimiz Banuçiçək Nəsirli (48 kq) yarımfinalda Ameliya Sulanı (İtaliya) məğlub edib.

İdman.Biz