Çimərlik voleybolçularımız beynəlxalq turnirdə iştirak edəcəklər - FOTO

Xəbərlər
21 Aprel 2025 13:20
218
Çimərlik voleybolçularımız beynəlxalq turnirdə iştirak edəcəklər - FOTO

Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, komanda bu gün Antalya şəhərinə yola düşüb.

Hazırlıq çərçivəsində yığmalar Türkiyədə beynəlxalq "Boardee Cup" turnirində də güclərini sınayacaqlar.

Qeyd edək ki, komandalarımız aprelin 28-də Bakıya qayıdacaq.

İdman.biz

Məqalədə: