Altıqat NBA çempionuna “Real Madrid”in forması verildi

Xəbərlər
27 Sentyabr 2025 09:23
38
Altıqat NBA çempionuna “Real Madrid”in forması verildi

“Çikaqo Bullz”la birlikdə Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, ABŞ-li Skotti Pippen keçmiş NBA oyunçusu Rudi Fernandeslə birlikdə “Real Madrid”in ev stadionu olan “Santiaqo Bernabeu”da olub.

İdman.biz xəbər verir ki, Pippenə peşəkar karyerasında istifadə etdiyi 33 nömrəli “Real Madrid” forması təqdim edilib.

Qeyd edək ki, Skotti Pippenin 60 yaşı var. O, ABŞ milli komandası ilə iki dəfə Olimpiya çempionu olub və yeddi dəfə NBA ulduzlar komandasına seçilib. Pippen 1987–2004-cü illərdə NBA-da çıxış edib.

İdman.biz