“Çikaqo Bullz” ilə altıqat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olmuş, amerikalı Skotti Pippen əfsanəvi komanda yoldaşı Maykl Cordanla münasibətləri barədə açıqlama verib.
İdman.biz-in məlumatına görə, Pippen etiraf etdi ki, Cordanla heç vaxt o qədər də yaxın olmayıb.
“Münasibətimiz heç vaxt xüsusi yaxın olmayıb. Amma biz oynayanda aramızda əla “elektrik” var idi. Bu, bizim işimizdir. Fil Ceksonla da eyni cür. Biz artıq yaxın dost deyilik. Həyat budur, hər şey dəyişir”, - Pippen deyib.
Skotti 1987-ci ildən 1998-ci ilə qədər “Çikaqo Bullz”da Cordanla bərabər oynayıb. O, ABŞ milli komandasının tərkibində ikiqat Olimpiya çempionudur.