"Abşeron Lions"dan möhtəşəm qələbə - FOTO

Xəbərlər
24 Sentyabr 2025 21:01
96
"Abşeron Lions"dan möhtəşəm qələbə - FOTO

"Abşeron Lions" basketbol komandası Avropa Kubokunun I təsnifat mərhələsinin ilk oyununu keçirib.

İdman.biz bildirir ki, basketbolçularımızın rəqibi Kiprin "Anortosis" klubu olub.

Oyunun ilk hissəsi 26:11 hesabı ilə Erhan Tokerin yetirmələrinin xeyrinə başa çatıb.

İkinci hissədə "Abşeron Lions" üstünlüyünü artırıb - 55:31.

Üçüncü hissədə Azərbaycan komandasının üstünlüyü 31 xala çatıb - 77:46.

Son dördlükdə "Anortosis" hesab arasındakı fərqi azaltmağa nail olub - 89:73.

Beləliklə, "Abşeron Lions" ilk oyunda qələbə qazanıb.

Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

İdman.biz