“Lənkəran” basketbol klubu Qabon millisinin üzvü Antoni Tseqakele ilə qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verib.
İdman.Biz xəbər verir ki, bu barədə “Lənkəran” Basketbol Klubu məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirəcək.
O, bu ölkənin aşağı liqa təmsilçisi “Xixon” klubuna transfer olunub.
