Azərbaycan Basketbol Liqası: “Naxçıvan” qələbə qazanıb - YENİLƏNİB

Xəbərlər
9 Yanvar 2026 22:36
109
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” qələbə qazanıb

Azərbaycan Basketbol Liqasının XII turunda daha bir qarşılaşma baş tutub.

İdman.Biz xəbər verir ki, B qrupunda “Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən oyun naxçıvanlıların 97:81 hesablı qələbəsi ilə bitib.

09:20

Bu gün Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha bir oyun baş tutacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda “Naxçıvan” “Sumqayıt”la qarşılaşacaq.

Görüş saat 20:00-da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinin B qrupunda “Naxçıvan” 19 xalla ikinci pillədə qərarlaşıb. “Sumqayıt” isə 14 xalla altıncıdır.

Turun ötən gün keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” isə “Sərhədçi”ni (72:69) üstələyib.

Xatırladaq ki, 12-ci tura yanvarın 11-də yekun vurulacaq.

İdman.Biz