"Quba" növbəti transferini həyata keçirib

Xəbərlər
17 Sentyabr 2025 21:48
34
"Quba" növbəti transferini həyata keçirib

"Quba" basketbol klubu növbəti transferini reallaşdırıb.

İdman.biz bildirir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komandanın növbəti transferi də ABŞ-dən olub. ABL-in iştirakçısı 2000-ci il təvəllüdlü hücumçu Amadou Traore ilə anlaşıb.

Nyu-Yorkdan olan Traore artıq "Quba"nın məşqlərinə qoşulub. Azərbaycana gələnə qədər isə Traore "University of Bridgeport" komandasının üzvü olub.

İdman.biz