Riqada (Latviya) “Eurobasket 2025”in 1/4 final matçı başa çatıb və bu görüşdə Finlandiya komandası Gürcüstan yığmasını 93:79 hesabı ilə məğlub edib.
İdman.biz bildirir ki, matçın ən məhsuldar oyunçusu 22 xal toplayan Gürcüstan yığmasının hücumçusu Aleksandr Mamukelaşvili olub. Mikael Yantunen 19 xal toplayaraq qalib komandanın ən yaxşı oyunçusu olub.
Turnirin yarımfinalında finlər Almaniya - Sloveniya matçının qalibi ilə qarşılaşacaq. Digər yarımfinalda isə Türkiyə ilə Yunanıstan üz-üzə gələcək.
İdman.biz