Basketbol Şöhrət Zalının üzvü, 11 dəfə "NBA All Star" oyunlarının iştirakçısı olmuş Çarlz Barkli ekspertlər və azarkeşlər arasında kimin ən böyük basketbolçu olması ilə bağlı mütəmadi müzakirələr haqqında fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, Barkli bu müzakirələti tənqid edib.
"NBA-da çox böyük oyunçular var, lakin bu axmaqlar bütün vaxtlarını müqayisə etməyə sərf edirlər. Maykl Cordan çoxdan karyerasını başa vurub. Bu axmaqlar bütün vaxtlarını onu Lebronla müqayisə etməyə sərf edirlər. Sual edirəm, niyə? Maykl Cordan 20 ildən artıqdır ki, ölüb", - Barkli deyib.
İdman.biz