Litva yığmasından rekord - 57 ribaund

Xəbərlər
27 Avqust 2025 19:47
32
Litva yığmasından rekord - 57 ribaund

Basketbol üzrə Litva yığması bu gün start götürən Avropa çempionatında yeni rekord müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, komanda Böyük Britaniya ilə qarşılaşmada 57 ribaund qazanıb.

Bu göstərici turnirin tarixində yeni rekorddur. Daha əvvəl Rusiya (1995) və Xorvatiya (2013) komandaları 54 ribaundla ən yüksək nəticəyə imza atmışdılar.

Qeyd edək ki, Litva yığması ilk oyunda 94:70 hesabı ilə qalib gəlib.

İdman.biz