"Sabah" baş məşqçisindən Avropa çempionatına qələbə ilə start

Xəbərlər
27 Avqust 2025 18:34
37
"Sabah" baş məşqçisindən Avropa çempionatına qələbə ilə start

"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytisin rəhbərlik etdiyi Litva yığması Avropa çempionatına uğurlu start verib.

İdman.biz xəbər verir ki, onun başçılıq etdiyi komanda Böyük Britaniya ilə qarşılaşıb.

B qrupunda yer alan Litva millisi 94:70 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Kurtinaytisin rəhbərlik etdiyi kollektiv 2-ci turda avqustun 29-da Monteneqro ilə qarşılaşacaq.

İdman.biz