Bölgə təmsilçisi amerikalı oyunçu gətirib

Xəbərlər
29 Noyabr 2023 18:02
262
Bölgə təmsilçisi amerikalı oyunçu gətirib

"Şəki" basketbol klubu daha bir amerikalı oyunçunu heyətinə qatıb.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi 24 yaşlı Vanya Kinqlə güclənib.

1.85 m boya malik olan və oyun qurucusu mövqeyində çıxış edən basketbolçu Avropada ilk legioner karyerasına məhz "Şəki"də başlayacaq.

Qeyd edək ki, bununla da "Şəki"də legioner basketbolçuların sayı 6-ya çatıb. Bunlardan 3-ü amerikalı, 3-ü nigeriyalıdır.

İdman.biz