“Neftçi” ABŞ-li basketbolçu ilə müqaviilə imzalayıb

9 Sentyabr 2026 13:11
112
“Neftçi” ABŞ-li basketbolçu ilə müqaviilə imzalayıb

“Neftçi” basketbol komandası heyətini yeni transferlə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-li oyunqurucu Elayca Hokins ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

24 yaşlı basketbolçunun boyu 180 santimetr. Pleymeyker mövqeyində çıxış edən oyunçu son olaraq Macarıstanın “Atomeromu” komandasının formasını geyinib.

İdman.Biz