Azərbaycan yığması YARIMFİNALDA

Xəbərlər
24 Avqust 2025 17:19
69
Azərbaycan yığması YARIMFİNALDA

Azərbaycan milli komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsində bu gün 1/4 final qarşılaşmasına çıxıb.

İdman.biz xəbər verir ki, yığmamız Rumıniyanın “Rapid” klubuna 15:18 hesabı ilə qalib gəlib.

Yarımfinala yüksələn millimiz saat 17:55-də Niderland ilə üz-üzə gələcək.

B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.

Qeyd edək ki, bu gün turnirin son günüdür.

****

08:00

3x3 basketbol üzrə Qadın Seriyasının Səbail mərhələsinin ikinci oyun gününün afişası məlum olub.

İdman.biz xəbər verir ki, sabah Fəvvarələr meydanında ilk olaraq 1/4 finalın oyunları keçiriləcək.

Saat 16.00-da Niderland yığması “Şanxay Redvinqs”lə, 16.25-də Azərbaycan millisi Rumınıyanın “CS Rapid” klubu ilə, 16.50-də Çexiya İtaliya ilə, 17.15-də isə Niderlandın U-25 kollektivi isə Polşa basketbolçuları ilə qarşılaşacaq.

Daha sonra yarımfinal və final oyunları olacaq.

Final görüşü 19.15-də başlayacaq.

İdman.biz