Ulduz basketbolçunun atası məşqçini bıçaqlayıb

Xəbərlər
21 Avqust 2025 20:58
32
Ulduz basketbolçunun atası məşqçini bıçaqlayıb

NBA ulduzu Ceylen Braunun atası adam öldürməyə cəhdə görə həbs edilib.

İdman.biz xəbər verir ki, Marsel Braun dayanacaqda mübahisəyə görə gənc futbol məşqçisini bıçaqlayıb.

"Boston Seltiks"in ulduzunun atası keçmiş boksçudur. O, parklanma ilə bağlı mübahisə zamanı bıçaqla zərəbə endirdikdən sonra hadisə yerindən qaçıb. Sonradan saxlanılan Marsel məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, 1989-cu ildə boksda debüt edən ata Braun karyerasında 25 nokautla qələbə qazanıb. Onun son döyüşü təxminən on il əvvəl olub.

İdman.biz