Bosniya və Herseqovina Avropa çempionatına lidersiz yollanır

Xəbərlər
20 Avqust 2025 22:36
35
Bosniya və Herseqovina Avropa çempionatına lidersiz yollanır

Basketbol üzrə Bosniya və Herseqovina yığması Avropa çempionatında əsas oyunçusunun xidmətindən istifadə edə bilməyəcək.

İdman.biz xəbər verir ki, Canan Musa səhhəti üzündən turnirə yollana bilməyib.

Təcrübəli basketbolçu özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Az əvvəl "Real"dan "Dubay" klubuna keçən Musa Münhendə qarın nahiyəsində cərrahiyə əməliyyatı keçirib. O, bərpa prosesinin gözləniləndən daha uzun çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, avqustun 27-də start götürəcək Avrobasket-2025-də Bosniya və Herseqovina yığması C qrupunda İspaniya, İtaliya, Yunanıstan, Gürcüstan və Kiprlə yarışacaq.

İdman.biz