Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatı B divizionu B qrupunun ikinci oyununda da məğlub olub.
İdman.biz xəbər verir ki, basketbolçularımız Rumıniyada keçirilən turnirdə bu dəfə Ukrayna komandasına uduzublar - 67:71.
Rumıniya ilə ilk oyunda isə 34:60 hesablı məğlubiyyət qeydə alınıb.
2 turdan sonra Azərbaycan basketbolçuları 2 xalla sonuncu - 6-cı yerdə qərarlaşıblar. Hərəyə 4 xalı olan Danimarka və Portuqaliya qrupda liderdir.
Qeyd edək ki, U-18 millisi növbəti oyununu bu gün keçirəcək və 16:30-da başlayacaq qarşılaşmada rəqib iki məğlubiyyətlə başlayan Gürcüstan komandası olacaq.
İdman.biz