NBA-da Yay Liqasının qalibi müəyyənləşib

Xəbərlər
21 İyul 2025 11:57
49
NBA-da Yay Liqasının qalibi müəyyənləşib

Milli Basketbol Assosasiyasında (NBA) Yay Liqasının qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici görüşdə "Şarlott" klubu "Sakramento"nu 83:78 (34:18, 12:21, 21:17, 16:22) hesabı ilə məğlub edib.

"Şarlott" iki divizionda (Las-Veqas, Orlando) 6 oyunun hamısında qalib gələn yeganə komanda olub.

Qeyd edək ki, NBA klubları Yay Liqasında əsasən gənc basketbolçulara üstünlük verir.

İdman.biz