Millimizin Avropa Kubokunda rəqibləri bəlli olub - FOTO

Xəbərlər
17 İyul 2025 19:56
38
Millimizin Avropa Kubokunda rəqibləri bəlli olub - FOTO

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının Avropa Kubokundakı rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, sentyabrın 5-7-də Danimarkanın Kopenhagen şəhərində keçiriləcək yarışda millimiz B qrupunda yer alıb.

Komandamız Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Qızlarımızın qrupda ilk oyunu sentyabrın 5-də saat 13:55-də Fransa, ikinci görüşünü isə saat 20:25-də Ukrayna yığmalarına qarşı keçirəcək.

İdman.biz