Millimiz 1/4 finala yüksəlib

Xəbərlər
12 İyul 2025 22:10
170
Millimiz 1/4 finala yüksəlib

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, komandamız C qrupunda ikinci matçda Ukrayna yığması ilə qarşılaşıb.

Basketbolçularımız gərgin keçən qarşılaşmada 21:20 hesabı ilə qalib gələrək, qrup lideri olublar. İlk görüşdə Sinqapuru məğlub edən millimiz 1/4 finala yüksəlib.

Millimizin pley-offdakı rəqibi Çin olacaq.

Dünya Qadın Seriyası
12 iyul

11:00. Sinqapur – Azərbaycan - 10:22
21:15. Azərbaycan – Ukrayna - 21:20

Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib.

****

11:32

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasında növbəti çıxıb.

İdman.biz xəbər verir ki, komandamız C qrupunda ilk görüşünü Sinqapur yığmasına qarşı keçirib.

Basketbolçularımız rəqiblərini 22:10 hesabı ilə məğlub ediblər. Millimiz günün növbədi görüşündə Ukraynanı sınağa çəkəcək.

Qrupda ilk 2 yeri tutacaq millilər 1/4 finala yüksələcəklər.

Dünya Qadın Seriyası
12 iyul

11:00. Sinqapur – Azərbaycan - 10:22
21:15. Azərbaycan – Ukrayna - 21:20

Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib.

İdman.biz