"Nyu-York Niks" 55 yaşlı mütəxəssisə tapşırılıb - VİDEO

Xəbərlər
3 İyul 2025 00:17
36
"Nyu-York Niks" 55 yaşlı mütəxəssisə tapşırılıb - VİDEO

"Nyu-York Niks" basketbol klubunun yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, komandaya NBA-nın ən təcrübəli mütəxəssislərindən biri Mayk Braun rəhbərlik edəcək.

Braun iki dəfə ilin ən yaxşı məşqçisi seçilib. Bundan başqa, o, 4 dəfə "Qolden Steyt" və "San-Antonio" ilə köməkçi-məşqçi kimi NBA çempionu titulunu qazanıb. Onun işlədiyi son yer "Sakramento Kinqz" (2022-2025) olub.

Qeyd edək ki, Nyu-York təmsilçisi mövsümün sonunda Timo Tibodo ilə yollarını ayırıb.

İdman.biz