Çempionlar Liqası: “Sabah”ın rəqibləri bəlli olub - YENİLƏNİB

Xəbərlər
2 İyul 2025 15:27
106
Çempionlar Liqası: “Sabah”ın rəqibləri bəlli olub - YENİLƏNİB

Basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutan mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub.

Püşkə əsasən, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda B qrupda mübarizə aparacaq. "Sabah"ın rəqibləri “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və 3-cü təsnifat qrupunun qalibi olacaq.

Qeyd edək ki, müntəzəm çempionata oktyabrın 7-də start veriləcək.

*****

Saat. 09:22

Bu gün basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutacaq mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibi bəlli olacaq.

Tədbir saat 14:00-da başlanacaq. Bakı təmsilçisi 3-cü səbətdə yer alıb.

1-ci səbət: AEK (Yunanıstan), “Alba” (Almaniya), “Dreamland” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Joventut” (İspaniya), “La Laquna” (İspaniya), “Ritas” (Litva), “Unikaxa” (İspaniya);

2-ci səbət: “Nimburk” (Çexiya), “Filu” (Belçika), “Hapoel Natanel” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Promiteas Vikos Kola” (Yunanıstan), “Benfika” (Portuqaliya), “Tofaş” (Türkiyə), “Riqa” (Latviya);

3-cü səbət: "Bney Herzliya" (İsrail), "Çolet" (Fransa), "Legiya" (Polşa), "Le mans Sarthe" (Fransa), "Mersin İdman Klubu" (Türkiyə), "Sabah" (Azərbaycan), "Szolnoki" (Macarıstan), "Vurzburq Baskets" (Almaniya);

4-cü səbət: “Karditsa” (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro” (İtaliya), “Spartak Ofis Şuz” (Serbiya), “Trapani Şark” (İtaliya), təsnifat mərhələlərin üç qalibi.

İdman.biz