Portuqaliyalı müdafiəçi "Mançester Yunayted"in maraq dairəsində

Xəbərlər
27 May 2025 18:49
34
Portuqaliyalı müdafiəçi "Mançester Yunayted"in maraq dairəsində

"Mançester Yunayted" heyətini portuqaliyalı futbolçu ilə gücləndirə bilər.

İdman.biz xəbər verir ki, Nelson Semedonun azad agent kimi komandaya qoşulması gözlənilir.

31 yaşlı müdafiəçinin "Vulverhempton"la müqaviləsi iyunun sonunda bitəcək. O, komandanın 4 illik yeni təklifini müsbət cavablamayıb. Semedo digər variantları nəzərdən keçirəcək.

Qeyd edək ki, Nelson başa çatmış mövsümdə 38 oyunda 5 ötürmə ilə yadda qalıb.

İdman.biz