Azərbaycanın basketbol millisinin baş məşqçisi dəyişib

Xəbərlər
16 May 2025 16:32
51
Azərbaycanın basketbol millisinin baş məşqçisi dəyişib

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi dəyişib.

İdman.biz "Report"a istinadən xəbər verir ki, türkiyəli Ferhat Akcan yığmaya təyinat alıb.

O, bu postda Evren Alkayanı əvəzləyib.

Alkaya U-18 millisinin baş məşqçi postunda qalıb.

Qeyd edək ki, Ferhat Akcan daha əvvəl Türkiyə II Liqasında çıxış edən "OGM Ormanspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.

İdman.biz