Azərbaycan Basketbol Liqasında final seriyalarının məhsuldarlıq rekordu qeydə alınıb.
İdman.biz xəbər verir ki, 2024/25 mövsümünün həlledici mərhələsinin 5-ci matçı “Sabah”ın rekordu ilə əlamətdar olub.
Rimas Kurtinaytisin yetirmələri finalda 100-dən çox xal yığan ilk komanda adını qazanıb. “Sabah” “Neftçi”ni 107:89 hesabı ilə məğlub edib. Ümumilikdə 196 xalın toplanması da Azərbaycan Basketbol Liqasının finalları üçün yeni rekorddur.
Qeyd edək ki, əvvəllər fərqli ad daşıyan Azərbaycan çempionatı 2022/23 mövsümündən indiki kimi adlanır. Əvvəlki iki finalda “Gəncə”ni 3:2, “Xəzri”ni 3:1 hesabı ilə məğlub edən “Sabah” bu dəfə də seriyada öndədir – 3:2.
İdman.biz