“Sərhədçi” və “Abşeron” pley-offda

Xəbərlər
16 Aprel 2025 20:59
302
“Sərhədçi” və “Abşeron” pley-offda

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-inə yekun vurulub.

İdman.biz xəbər verir ki, 3-cü oyunlar çərçivəsində iki matç baş tutub.

Hərəyə bir qələbə qazanan “Sumqayıt”la “Sərhədçi” pley-offa vəsiqə üçün üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyi son saniyələrdə həll olunub. Meydan sahibləri iki xal fərqi ilə uduzaraq, mübarizəni dayandırıblar.

Digər qarşılaşmada isə “Abşeron” və NTD ikinci qələbə üçün mübarizə aparıb. Bu görüşdə Abşeron basketbolçuları 7 xallıq fərqlə qalib gələrək, növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki matçda qalib gəlib.

Azərbaycan Basketbol Liqası
Pley-in, 3-cü oyunlar
16 aprel
19:00. “Sumqayıt” – “Sərhədçi” - 94:96 (16:20, 27:20, 25:32, 26:24)

Sumqayıt OİK
Seriyada hesab – 1:2

19:00. “Abşeron” - NTD - 81:74 (19:19, 19:15, 22:21, 21:10)
Bakı İS
Seriyada hesab – 2:1

İdman.biz