Azərbaycanın “Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə "Nimburk"la oyun üçün Praqa şəhərinə yollanıb.
İdman.biz xəbər verir ki, Boban Mitevin komandası D qrupunun 3-cü turu çərçivəsində Çexiya təmsilçisi ilə üz-üzə gələcək.
Görüş noyabrın 1-də Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi ilk 2 matçda məğlub olub.
İdman.biz