Dövlət qurumları arasında basketbol turnirinin qalibləri bəlli olub - FOTO

Xəbərlər
29 Oktyabr 2023 17:42
409
Dövlət qurumları arasında basketbol turnirinin qalibləri bəlli olub - FOTO

Dövlət qurumları arasında keçirilən 3x3 basketbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 20 dövlət qurumunun əməkdaşları mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin həyətində xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında birinci yerə Elm və Təhsil Nazirliyi, ikinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və Gənclər və İdman Nazirliyinin komandaları layiq görülüblər.

Kişilərin yarışında isə Azərbaycan Hava Yolları birinci olub. Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi komandaları isə ilk üçlüküdə qərarlaşıblar.

Sonda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.

Rüfət Abdullayev

İdman.biz