“Baxçaşəhər Kolleci”nin baş məşqçisi: “Sabah”ı layiqli mübarizəsinə görə təbrik edirəm”

Xəbərlər
25 Oktyabr 2023 22:59
99
“Baxçaşəhər Kolleci”nin baş məşqçisi: “Sabah”ı layiqli mübarizəsinə görə təbrik edirəm”

“Sabah”ı layiqli mübarizəsinə görə təbrik edirəm və Azərbaycan xalqına qonaqpərvərliyinə görə minnətdaram”.

İdman.biz xəbər verir ki, bunu FİBA Avropa Kubokunun “Sabah” - “Baxçaşəhər Kolleci” (65:83) oyunundan sonra qonaqların baş məşqçisi Sianan Atalay deyib.

Türkiyə klubunun çalışdırıcısı əsas hədəflərinin çempionluq olduğunu söyləyib: “Basketbolçularım ilə qürur duyuram. “Sabah”a qarşı yaxşı bir oyun sərgilədik və qalib gəldik. Bu turnirdə addım-addım irəliləməyi düşünürük. Təbii ki, hədəfimiz çempionluqdur. Ümid edirəm ki, bundan sonrakı qarşılaşmalarda da eyni oyunu nümayiş etdirib hədəfimizə çatacağıq”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 15-də İstanbulda keçiriləcək.

Emin Ağa

İdman.biz