İquodala peşəkar karyerasını başa vurub

Xəbərlər
20 Oktyabr 2023 19:54
234
İquodala peşəkar karyerasını başa vurub

“Qolden Steyt”lə dörd dəfə NBA çempionu olan Andre İquodala peşəkar karyerasını başa vurub.

İdman.biz saytı xəbər verir ki, 39 yaşlı basketbolçu bu barədə özü açıqlama verib.

O, bundan sonra daha çox ailəsi ilə vaxt keçirmək istədiyini bildirib: “Vida üçün əsil vaxt idi. Vaxt gedir, ailəmə daha çox zaman ayırmaq istəyirəm. Əlbəttə, yüksək səviyyədə oynamaq arzu edirəm. Amma ailə mənim üçün çox önəmlidir. Oğlumun 16 yaşı var. Qızım və oğlumun böyüməsini yaxından izləmək istəyirəm”, deyə Andre qeyd edib.

Amerika mətbuatının yaydığı məlumata görə, İquodala təsis etdiyi “Mozaic” fondunun inkişaf etdirilməsi üçün çalışacaq.

İdman.biz