“Sumqayıt”dan maraqlı qərar: məşqçilər yerini dəyişib

16 Dekabr 2024 10:07
347
“Sumqayıt”dan maraqlı qərar: məşqçilər yerini dəyişib

“Sumqayıt” basketbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, komandanın “sükanı arxasına” Vadim Kuramşın keçib.

Bunadək köməkçi məşqçi işləyən həmyerlimiz baş məşqçi vəzifəsini icra edəcək. O, bu postda rusiyalı Aleksandr Mixaylovu əvəzləyib. Maraqlıdır ki, əvvəlki baş məşqçi isə Kuramşınin köməkçisi kimi işini davam etdirəcək.

Qeyd edək ki, “Sumqayıt” 6 turdan sonra B qrupunda 7 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz