Sumqayıt Olimpiya İdman Kompleksi mövsümə hazırdır

Xəbərlər
18 Oktyabr 2023 19:05
712
Sumqayıt Olimpiya İdman Kompleksi mövsümə hazırdır

Sumqayıt şəhəri yenidən böyük basketbol həyəcanı yaşayacaq.

İdman.biz saytı xəbər verir ki, "Sumqayıt" basketbol klubu Azərbaycan Basketbol Liqasında təmsil olunacaq.

Komanda ev oyunlarını Sumqayıt Olimpiya İdman Kompleksinin zalında keçirəcək. Yeni mövsüm öncəsi kompleksdə əsaslı təmir işləri görülüb və yekun tamamlanma işləri bitdikdən sonra arena "Sumqayıt" klubunun istifadəsinə veriləcək.

Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 -cü mövsümünə oktyabrın 22-də start götürəcək.

İdman.biz