Basketbol millimiz beynəlxalq turnirin qalibi olub - FOTO

Xəbərlər
25 İyun 2025 17:00
124
Basketbol millimiz beynəlxalq turnirin qalibi olub - FOTO

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

İdman.biz xəbər verir ki, komandamız yarışın son günü iki oyun keçirib

U-16 Qazaxıstan "Barsy Atırau"suna 68:32, Rusiya "MBU Volqoqrad"ına 58:47 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışda ardıcıl 6 görüşü qələbə ilə başa vuran basketbolçularımız turniri birinci yerdə bitirib.

İdman.biz