Basketbol üzrə Türkiyə çempionatında 2024/2025 mövsümünə yekun vurulub.
İdman.biz xəbər verir ki, həlledici matçda "Fənərbaxça" və "Beşiktaş" üz-üzə gəlib.
Avropaliqanın qalibi olan "Fənərbaxça" daxili turnirdə də qələbəni bayram edib. "Sarı-lacivərdlilər" final seriyasında 4:1 hesabı ilə üstün olublar. Yarımfinalda "Anadolu Efes"ə qalib gələn "Beşiktaş" növbəti sürprizə imza ata bilməyib.
Qeyd edək ki, "Fənərbaxça" ölkə kubokunun da sahibi olub.
İdman.biz