Basketbolçularımızdan ardıcıl qələbələr

Xəbərlər
24 İyun 2025 16:48
37
Basketbolçularımızdan ardıcıl qələbələr

16 yaşlı qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində "Airom Cup" beynəlxalq turnirində növbəti oyunlarını keçirib.

İdman.biz xəbər verir ki, yığmamız üçüncü matçında Rusiyanın "MBU Volqoqrad" klubu ilə üz-üzə gəlib.

Basketbolçularımız 67:38 hesablı qələbəyə seviniblər. Onlar günün ikinci oyununda isə Qazaxıstan təmsilçisi "Aul Sport"la qarşılaşıb və 59:39 hesabı ilə rəqibinə qalib gəlib. Bu, millimizin turnirdə "Aul Sport" klubu üzərində ikinci qələbəsi olub.

Qeyd edək ki, əvvəlki 2 oyunda da üstün olan komandamız növbəti qarşılaşmasına sabah çıxacaq.

İdman.biz

Məqalədə: