Fransa və İtaliya yarımfinalda

Xəbərlər
25 İyun 2025 00:34
38
Fransa və İtaliya yarımfinalda

Qadınlar arasında basketbol üzrə Avropa çempionatında ilk 1/4 final oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Fransa və İtaliya yarımfinala vəsiqə qazanıb.

Fransalılar Litva ilə görüşdə çətinlik çəkməyiblər. "Üçrənglilər" 22 xal fərqi ilə qalib gəliblər.

İtaliya - Türkiyə matçı gərgin alınıb. Hər iki komanda hesabda önə keçsə də, qalib overtaymda bəlli olub. İtaliyalılar iki xal fərqi ilə matçın qalibi olublar.

Qeyd edək ki, bu gün digər iki 1/4 final matçı keçiriləcək.

Eurobasket, qadınlar
1/4 final
24 iyun

Fransa - Litva - 83:61 (35:14, 21:17, 15:14, 12:16)
İtaliya - Türkiyə - 76:74 OT (20:17, 11:18, 19:15, 18:18, 8:6)

25 iyun
İspaniya - Çexiya
Belçika - Almaniya

İdman.biz