Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
İdman.biz xəbər ki, Litva ilə qarşılaşan yığmamız mərhələdə 3-cü dəfə 50 və daha artıq fərqlə uduzub.
Bu dəfə komandamız 61 xallıq fərqə üzülüb – 47:108. Bu, davam edən seçmə mərhələdə ikinci ən böyük fərqdir.
Antirekord da millimizə məxsusdur. Komandamız Belçikaya 108 xalıq fərqlə məğlub olub.
Ümumiyyətlə, seçmə mərhələdə 4 matç 50 və ya daha çox fərqlə başa çatıb. Bunların üçü yığmamızın hesabındadır. “Het-trik”i olan millimizdən başqa yalnız İrlandiya belə acınacaqlı məğlubiyyət alıb.
50 və daha böyük fərqin qeydə alındığı oyunlar:
108 xal
Azərbaycan – Belçika - 28:136
61 xal
Azərbaycan – Litva – 47:108
54 xal
Polşa – Azərbaycan – 105:51
52 xal
İrlandiya – Fransa – 48:100
Qeyd edək ki, 4 oyunun hamısında uduzan yığmamız seçmə mərhələdə daha iki oyun keçirəcək.
Vüqar Xeyrullayev
İdman.biz