Millinin basketbolçusu “Gəncə”də

23 Sentyabr 2024 12:32
377
Millinin basketbolçusu “Gəncə”də

“Gəncə” Azər Əzimovla müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, 20 yaşlı basketbolçu bir illik anlaşmaya qol çəkib.

195 sm boya malik Əzimov müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü "Sərhədçi"də keçirən oyunçu 20 yaşlılardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.

O, komandada 7 nömrəli formanı geyinəcək.

İdman.biz