Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Sabah”dan tarixi qələbə: Azərbaycan çempionu əsas mərhələdə! - FOTO - İdman və Biz

“Sabah”dan tarixi qələbə: Azərbaycan çempionu əsas mərhələdə! - FOTO

Xəbərlər
5 Oktyabr 2023 21:22
402
“Sabah”dan tarixi qələbə:  Azərbaycan çempionu əsas mərhələdə! - FOTO

Basketbol üzrə Azərbaycan çempionu Avropa kubokunun qrup mərhələsində oynamaq hüququ qazanıb.

İdman.biz saytı xəbər verir ki, “Sabah” təsnifat mərhələsində uğurlu çıxış edərək, tarixi uğura nail olub.

Təmsilçimiz qrupda keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub. Həlledici görüşdə “Sabah” Rumıniya klubu “Rapid”ə qalib gəlib. Oyun basketbolçularımızın 90:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” “Donar Qroningen” (Niderland) və “Rabotniçki” (Şimali Makedoniya) klublarını məğlub etmişdi.

Avropa kuboku, təsnifat mərhələsi
5 oktyabr
“Rapid” (Rumıniya) – “Sabah” (Azərbaycan) – 71:90 (13:22, 13:27, 26:23, 19:18)

"Sabah" - 6, "Rapid" - 4, “Donar Qroningen” - 2, “Rabotniçki” - 2 xal

İdman.biz